Ukraynada ATƏT missiyasının üzvlərinin sayı artırıldı

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynada müşahidə missiyasının üzvlərinin sayının 500-ə çatdırılması barədə qərar qəbul edib.

AzNews.az-ın xəbərinə görə, bu barədə ATƏT-in konfliktlərin qarşısının alınması Mərkəzinin başçısı Adam Koberatski açıqlama verib. O deyib ki, müşahidə missiyasının tərkibi maksimum dərəcədə genişləndiriləcək: "Say tərkibinin, iş vaxtının və coğrafi əhatə dairəsinin dəyişdirilməsi yalnız daimi şuranın razılığından sonra baş tuta bilər".

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri Didye Burxkalter isə bildirib ki, Cenevrədə əldə olunan razılaşmanın müddəalarının reallaşdırılmasında Ukraynaya yardım üçün əlavə ekspertiza, həmçinin missiyanın gücləndirilməsi tələb olunur. Bunun üçün isə əlavə vəsaitə ehtiyac var.

Aydan
AzNews.az