Natəvan Həbibi konsert vermək fikrindən daşındı

Son zamanlar qınaq obyektinə çevrilən müğənni Natəvan Həbibi bir çoxlarının gözlədiyi addımı atıb.

AzNews.az xəbər verir ki, may ayının 17-də Laçının işğalı günü Heydər Əliyev sarayında ilk solo konsertini verməyə hazırlaşan müğənni fikrindən daşınmalı olub.

ANS PRESS-in məlumatına görə, konsert verəcəyi barədə reklam yayınmağa başladığı andan etibarən media nümayəndələri və sosial şəbəkə istifadəçiləri tərəfindən kobud şəkildə qınanan ifaçı bu addımı atmağa məcbur qalıb.

Xatırladaq ki, bu haqda xəbər ilk dəfə aprel ayının 18-də "Şok! Azərbaycanlı müğənni Laçının işğal günü konsert verəcək" başlığı ilə ANS PRESS-də yayınlanmışdı.

Natəvan Həbibi may ayının 17-ə planlaşdırılan konsertini may ayının 24-ə təxirə salıb. İfaçı "Dinlə" adlı konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək.

AzNews.az