Manaf Ağayev və Mehman Əhmədli narkotikdən danışdılar



Müğənni Manaf Ağayev və meyxanaçı Mehman Əhmədli ANS-in "Adam içində" verilişində narkotiklə bağlı maraqlı açıqlamalar veriblər..

AzNews.az xəbər verir ki, Mehman Əhmədli aparıcı Elgiz Əkbərin meyxanaçıların əksəriyyətinin narkotik istifadəçisi olmasıyla bağlı sualını cavablandırarkən bunları deyib:

"Narkoman hər sahədə var. Bəlkə də elə say baxımından ən azı narkoman meyxanaçıların arasındadır".
Manaf Ağayev isə sənət adamlarının narkotikə aludə olmalarının səbəblərindən danışıb

"Narkotikdən istifadə edən müğənnilərin əskəriyyəti küyə gedən adamlardı. Birdən-birə pul görüb özlərini itirirlər.Əgər bilsəm ki, xeyirli şeydir, elə birinci özüm ondan istifadə edərəm".


İntiqam Valehoğlu

AzNews.az