Bakıda güclü partlayış - FOTOLAR+ VİDEO (YENİLƏNİB)

Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində neft çənində güclü partlayış hadisəsi baş verib.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 9:00 radələrində baş verən partlayış yanğınla müşayiət olunub. Hələlik yanğını söndürmək mümkün olmayıb. Neft çənləri olan ərazi yaşayış məntəqəsinin yaxınlığında yerləşdiyindən təhlükənin daha böyük olduğu bildirilir.

Partlayış baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti qurumlarının əməkdaşları cəlb olunub. Ölən və xəsarət alanlarla bağlı hələlik heç bir məlumat verilmir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından AzNews.az-a bildirilib ki, hadisə ilə bağlı quruma çağırış daxil olub və stansiyanın həkim briqadası olayın baş verdiyi yerə yollanıb.

Qeyd edək ki, neft çənlərinin "Şvarsneft" şirkətinə məxsus olduğu bildirilir. (10.23)

***
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin birqadaları alovun qarşısını ala biliblər.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bu gün saat 09:00 radələrində Bayıl qəsəbəsindəki neft çənində başlayan yanğın bir neçə dəqiqə əvvəl söndürülüb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından isə AzNews.az-a bildirilib ki, partlayış zamanı xəsarət alan olmayıb.

VİDEONU BURADAN İZLƏYƏ BİLƏRSİNİZ

Amid Əyyuboğlu
AzNews.az
image description image description image description