Neft çənindəki yanğınla bağlı RƏSMİ məlumat

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft çənində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Neft Şirkətindən verilən məlumata görə, aprelin 24-də, səhər saat 09.40 radələrində "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib. Hadisə yerinə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar.

Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.
Çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

AzNews.az