Tikintidə işləyən 4 qadın zəhərləndi

Bakıda tikintidə işləyən 4 qadın qidadan zəhərlənib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 23-də Nəsimi rayonu ərazisindəki tikintidə işləyənlər - Bakı şəhər sakinləri Təranə İsgəndərova, Arzu Hüseynova, Yelena Yakubova və Nataliya Lazerova qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlara ilkin tibbi yardım göstərilib.

AzNews.az