Kəlbəcər ABŞ şəhəri ilə qardaş elan edildi

Azərbaycanın işğal altındakı Kəlbəcər və ABŞ-ın Kaliforniya ştatındakı Piko Rivera şəhərləri qardaşlaşıb. Lent.az-ın Amerikanın Milli Erməni Komitəsinə (ANKA) istinadən məlumatına görə, bu barədə Piko Rivera şəhər şurası qərar qəbul edib.

Qətnamədə şura üzvləri Dağlıq Qarabağ münaqişəsi qurbanlarını yad ediblər.

Sənəddə Kəlbəcər və qondarma "Dağlıq Qarabağ Respublikası" sakinlərinin fəlakət qarşısında sadiqlik və qətiyyət nümayiş etdirdikləri vurğulanıb. ANKA rəsmiləri çoxillik dəstək, qonaqpərvərlik və xidmətə görə Şuraya minnətdarlıq ediblər.

Səsvermədən sonra Şura üzvləri qətnaməni qəbul etməkdən qürur duyduqlarını bildiriblər. Onlar bu sənədə şəhər rəhbərlikləri ilə erməni icmaları arasında davamlı əməkdaşlıq kimi yanaşdıqlarını bildiriblər. Qətnaməni ANKA rəsmiləri də alqışlayıblar.

AzNews.az