Avtomobillərin qeydiyyatı sərtləşdirilir– Qanun

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə "Yol Hərəkatı Haqqında" qanuna edilən dəyişikliklər haqqında danışıb.

Ç. Qənizadə AzNews.az-a deyib ki, parlamentdə "Yol Hərəkatı Haqqında" qanunun 27 maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əlavə və dəyişikliklər təklif olunur: "Dəyişikliklərə əsasən hər hansısa vətəndaş avtomobilini qeydiyyata salarkən yaşadığı ünvanı, elektron poçtunu, mobil telfon və iş nömrəsini tam dəqiqliyi ilə Dövlət Pol Polisinin qeydiyyat idarələrinə təqdim etməlidir. Avtomobil sahibi gələcəkdə öz qeydiyyat ünvanını dəyişdikdə üç gün müddətində polisə əlavə məlumat verməlidir".

Ç.Qənizadə vurğulayıb ki, bununla belə ASAN xidmət vasitəsi ilə də inzibati cərimələrin tətbiqi və avtomobillərinin qeydiyyatı ilə bağlı xidmət də qanunvericiliyə uyğunlaşdırılacaq: "Məqsəd isə gələcəkdə inzibati xəta törətmiş şəxslərin - sürücülərin vaxtında tapılması, inzibati məhsuliyyətə cəlb olunması, cərimələrin ödənilməsinin elektron vasitələrlə həyata keçirilməsini reallaşdırmaqdır. Hesab edirik ki, dəyişikliklərdən sonra avtomobil qeydiyyatında aşkarlıq, şəffaflıq və operativlik tam təmin olunacaq. Layihəyə mayın 2-də Milli Məclisin plenar iclasında baxılması tövsiyə olunub".

Amid
AzNews.az