Ehtiyatsızlıq faciəyə səbəb oldu - Lənkəranda

Elektrik enerjisi ilə ehtiyatsız davranma ölümlə nəticələnib.


AzNews.az anspress-ə istinadən xəbər verir ki, bədbəxt hadisə təqribən saat 12 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Kəndin ərazisində olan mobil operatorlardan (Bakcell) birinin ötürücüsündə iş görmək üçün əraziyə gələn şirkətin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə dərhal rayon polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Məlum olub ki, dünyasını dəyişən şəxs Şahlar Qarabəyoğlu Nurməmmədovdur. O, ötürücünün yaxınlığındakı transformatorda elektrikin olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Hadisə yerində olan hüquq mühafizə orqanları əməkdaşlarının sözlərinə görə dünyasını dəyişən Şahlar Nurməmmədov əslən Qusar rayon sakinidir və Cəlilabad rayonunda yaşayır. O, elektrik sahəsində təmir işləri aparan ABC şirkətinin əməkdaşıdır. Həmin şirkət də podratçı şirkət olaraq, mobil operatora (Bakcell) məxsus olan antenaların təmiri üçün müqaviləsi var. Həmin müqaviləyə əsasən də şirkət mobil operatorun antenasında baş verən qüsurun aradan qaldırılması üçün əraziyə əməkdaşını göndərib.

Hər halda baş verən hadisənin səbəblərini artıq hüquq mühafizə orqanlarının əməkdaşları araşdırır. Araşdırmadan sonra baş verən hadisəyə hüquqi qiymət veriləcək

AzNews.az
image description image description image description image description