Piyada qadını vurub öldürərək qaçan sürücü saxlanıldı - FOTOLAR

Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

AzNews.az xəbər verir ki, APA-nın məlumatına görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri zamanı ötən gün Novxanı qəsəbəsində Abbasova Rəvanə Aydın qızını vuraraq qaçan sürücü İsmayılov Ələkbər Salman oğlu saxlanılaraq istintaqa təhvil verilib. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Ələkbər İsmayılov "10 GG 012" dövlət nömrə nişanlı "Toyota" markalı avtomobili yüksək sürətlə idarə edib. O, yolun əks istiqamətində piyada keçidi vasitəsi ilə yolu keçmək istəyən Lerik rayon sakini Abbasova Rəvanə Aydın qızını vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə şahidlərindən alınan ilkin ifadə zamanı sürücünün Binəqədi qəsəbəsi istiqamətində hərəkət etdiyi müəyyən olunub.

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü Ələkbər İsmayılov hadisə yerindən qaçmağını qorxaraq şok vəziyyətə düşdüyü ilə əsaslandırıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
image description image description image description