Prezident tanınmış memara “İstiqlal” ordeni verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "R.H.Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Rasim Əliyev Azərbaycanın əməkdar memarı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür.