Bakının mərkəzində kitab şöləni- 15 min kitab endirimdə!

Səbail rayonunda kitab yarmarkasına start veriləcək.
AzNews.az-ın məlumatına görə, "Qanun" nəşriyyatının təşəbbüsü ilə keçiriləcək növbəti yarmarka da kitabların qiymətinə endirim ediləcək.
Budəfəki yarmarka Bakının Səbail rayonu ərazisindəki "Sahil" bağında keçiriləcək.
Yarmarkada 700 adda 15 min kitab oxuculara təqdim edilir.

Səbail rayonu İcra Hakimiyyəti ilə birgə təşkil olunan endirimli kitab yarmarkası iki gün davam edəcək.

AzNews.az