Nadir Qafarzadə 100 minlik avtomobilini küçəyə atdı – İşə polis qarışdı

Binəqədidə maraqlı hadisə baş verib. AzNews.az xəbər verir ki, qəsəbə sakini (Ad və soyad bəlli olsa da, müəyyən səbəblərdən adını yazmırıq – red.) Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək, 10 gündür, evinin qarşısında tanımadığı avtomobilin saxlanıldığını və buna görə də həyətinə girə bilmədiyini deyib.

Şikayətdən sonra idarənin 7-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəliblər. Məlum olub ki, doğrudan da 90 BS 777 nömrə nişanlı "LEXSUS - 570" markalı avtomobil şikayətçinin həyət qapısının önündə saxlanılıb.

Bundan sonra avtomobil evakuatorla idarənin cərimə meydançasına aparılıb və onun sahibinin kimliyi müəyyənləşdirilib.
Məlum olub ki, avtomobil tanınmış müğənni Nadir Qafarzadəyə məxsusdur.

Bundan sonra müğənnin axtarışına başlanılıb. O, xaricdə olduğuna görə, prodüseri Musa polis bölməsinə çağırılıb.

Xəbərə görə, prodüser polislərlə anlaşıb və N. Qafarzadənin özü olmadan, avtomobili cərimə meydançasından çıxarmaq mümkün olub.
Binəqədi polisindən İdarəyə qeyd olunan şikayətin edilməsini təsdiqiləyiblər.

Amma müğənnin prodüseri AzNews.az-a açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib: "Nadir Qafarzadənin maşını ustadadır. Özü də Azərbaycanda deyil, Türkiyədədir. Bu yalan söhbətdir. Ola bilər ki, kiminsə maşını olub. Bu təxribatdır, amma biz bu məsələdə yoxuq".

Qeyd edək ki, müğənninin avtomobilinin qiyməti 100 min manatdır.


Bahar Rüstəmli
AzNews.az