“Şərəfsiz, şəxsiyyətsiz bir insandır”-fotolar

Afaq Gəncəliyə Elnur və Mətanətdən dəstək.
Gecce.az xəbər verir ki, bu gün "Gündəlik" verlişinin qonağı olan müğənni Elnur Məmmədov canlı efir vasitəsi ilə sosial şəbəkələrdə məşhurların fotolarının altına xoşagəlməz "komentari"lər yazan insanlara sərt ismarıc göndərib. Əsasən də bu yaxınlarda atasını itirən Afaq Gəncəlinin "Fort Boyard" yarışmasına qatılmasında sonra bir qrup insanların sosial şəbəkələrdə "hücum" xarakterli mesajlarına məruz qalması Elnurun sərt müraciətinə səbəb olub:

"Afaqı biz məcbur etdik bizimlə bu yarışmaya qatılsın. O, getmək istəmirdi. Güclə ki, onu yola gətirib özümüzlə Fransaya apardıq. O nə sözlərdir, "atası yeni dünyasını dəyişib, o, Fransada gəzməkdə". Ayıb olsun! Biz onu bu yarışmadı bizimlə birgə iştirak etməsi üçün neçə gün idi yola gətirməyə çalışırdıq. Bu cür "komentari"ləri yazan Şərəfsiz, şəxsiyyətsiz bir insandır, elə xoşa gəlməz sözlər yazırlar. "Milçək bir şey deyil, amma ürək bulandırır" məsəlini boş yerə deməyiblər".

AzNews.az
image description image description image description