Gəncədə ev yandı

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 107 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 16 kv.m sahədə yanıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İntiqam Valehoğlu
AzNews.az