- Köhnə - Günün fotosu
- 22 İyul 2014 08:50
- 5 016
Millət vəkili mətbuat günündə jurnalistləri bir araya topladı - FOTO
KİV-in ölkənin ictimai-siyasi həyatda böyük rol oynadığını deyən deputat qeyd edib ki, jurnalistlər öz qələmi və obyektiv mövqeyi ilə ictimai rəyin formalaşmasında ciddi faktordurlar. Dövlətin KİV işçilərinə böyük diqqət göstərdiyini bildirən F. Muradov vurğulayıb ki, prezident İlham Əliyevin jurnalistlərin sosial-məişət problemlərini həlli üçün atdığı addımlar xüsusi ilə təqdirəlayiqdir. "Bu gün dünyada informasiyanın ən güclü silahlardan birinə çevrilib. Bu baxımdan Azərbaycan jurnalistlərinin ölkənin milli maraqlarının qorunmasında, işğal altında olan torpaqlarımızın qaytarılması üçün aparılan prosesdə, ölkəmizin düçar edildiyi ağır faciələrin dünya miqyasında tanıdılmasında böyük məsuliyyəti və müstəsna rolu var"-deyə F.Muradov çıxışında qeyd edib.
Ölkənin aparıcı media qurumlarının iştirak etdiyi məclisdə jurnalistlər əlamətdar günlə bağlı təəssüratlarını bölüşüblər.
Daha sonra jurnalistlərə tarixi ipək yolu üzərində yerləşən ölkələrin əks olunduğu simvolik hədiyyə jurnalistlərə təqdim edilib. Tədbir bayram süfrəsi ətrafında davam etdirilib.
AzNews.az