Xüsusi istedadlı uşaqların birinci sinfə qəbulu başladı

Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə xüsusi istedadlı uşaqların qəbulu ilə bağlı elektron ərizə qəbulu başlanıb. Modern.az-ın məlumatına görə, təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən məktəblərə elektron ərizə qəbulu avqustun 20-dək aparılacaq. Elektron ərizə qəbulu üçün vətəndaşlar bu linkdən (http://www.bakuedu.az/bono/) istifadə etməklə öz uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

AzNews.az