Nazir mediya nümayəndələrini təbrik etdi

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib.

AzNews.az xəbər verir ki, media nümayəndələrini təbrik edən nazir bildirib: "139 il əvvəl Azərbaycan dövri mətbuatının əsasını qoymuş "Əkinçi" qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır. İnanırıq ki, indi fəaliyyət göstərən bütün media nümayəndələri jurnalistikamızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndirir, Sizi bir daha təbrik edir və Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayır".

AzNews.az