İŞİD türkmənləri sürgün etdi

İraq Şam İslam Dövləti (IŞİD) terror təşkilatının nəzarətində olan Mosul və Telaferdə minlərlə türkmən torpaqlarından köç etməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, türkmənlər Bağdad yaxınlığındakı Nəcəf və Kərbəla şəhərlərinə köç edirlər. Şimali İraqdakı Mosul, Telafer, Tuzhurmatu, Bəşir kimi bölgələrdə öz qanunlarını tətbiq edən və xalq üzərinə təzyiq quran İŞİD qüvvələri insanları sürgünə məcbur edir.

Torpaqlarını və evlərini tərk edən türkmənlərin sayının bir neçə min olduğu güman edilir.

Mosul başda olmaq üzrə Telafer və ətrafında yaşayan xristian vətəndaşlar da İŞİD qüvvələri tərəfindən köçə məcbur edilib. Terror təşkilatı xristianları təhdid edərək köç etməyənləri öldürəcəklərini deyiblər. Bir çox xristian bu təhdidlərdən qorxaraq torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

AzNews.az