Erməni meri Kəlbəcərdə minaya düşdü

Azərbaycanın işğal olunmuş ərazilərində üç nəfər mina partlaması nəticəsində yaralanıb. Onların hamısı helikopterlə Yerevan şəhərindəki "Erebuni" tibb mərkəzinə gətirilib. AzNews.az-ın məlumatına görə, bu barədə "Armenpress" xəbər yayıb.

Məlumatda deyilir: "Maşın minalanmış ərazidən keçərkən minaya düşüb. İlkin məlumata görə, dörd sərnişindən biri hadisə yerində həlak olub, aralarında Armavir şəhərinin meri Ruben Xlqatyanın da olduğu digər üç yaralı helikopterlə Yerevana aparılıb".

AzNews.az