- Köhnə - Hadisə
- 22 İyul 2014 12:28
- 4 657
Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı
Hadisə iyulun 20-də Buzovna qəsəbəsində, Telman küçəsindəki 24-cü binanın qarşısında baş verib. 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının gözü qarşısında üstünə benzin tökərək, özünə od vurub. Qohumları alovu sğndürsələr də, Qarabağ veteranının həyatını xilas etmək mümkün olmayıb. Coşqun Nuriyev 8 saat sonra xəstəxanada dünyasını dəyişib.
İlkin araşdırma nəticəsində məlum olub ki, Coşqun Nuriyev subay olub və heç bir yerdə işləmirmiş. O, bir müddət qohumlarının evində yaşayıb. Elə intihar da həmin evin qarşısında olub.