Xızı İcra Hakimiyyətinin yeni binası - FOTOLAR

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasının açılışı olub. AzNews.az xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. İlham Əliyevə məlumat verilib ki, binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə, həmçinin Prezident İlham Əliyevin müxtəlif illərdə Xızı rayonunda keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.

Prezident otaqlarda yaradılan şəraitlə də tanış olub. Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description