Cənubi Koreyada sərnişin qatarları toqquşdu

Cənubi Koreyanın şərqində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı bir nəfər ölüb, 70 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə "Reuters" yerli polisə və tibb işçilərinə istinadən xəbər yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 17:51-də Seuldan 200 kilometrlik məsafədə iki stansiya arasındakı yolda baş verib.

Hadisənin təfərrüatları açıqlanmır.

AzNews.az