Ərdoğan Fələstin şərfiylə - FOTO

Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin toplantısına Fələstin bayrağının rənglərini özündə əks etdirən şərflə qatılıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Qəzzada 600-dən artıq insanın şəhid olduğunu və onların 100-dən artığının uşaqlar təşkil etdiyini bildirib:

"İsrail tarixdə misli olmayan qətliamlardan birini həyata keçirir. Bu ölkə bu qətliama zaman-zaman davam edib. 1948-ci ildə həyata keçirilən ilk qətliam nə İslam dünyasından, nə də ümumiyyətlə bəşəriyyətdən lazım olan təpkini hiss etmədiyinə görə hadisələr hər il davam etdi".
Prezidentliyə namizəd Qərb dövlətlərini İsrailə təpki göstərməməkdə qınayıb.

"Onlar uşaq ölümlərini sadəcə seyr edirlər"- deyən baş nazir əlavə edib ki, bu bölgədə İsrail törətdiklərinə sərt reaksiya verən iki ölkədən biri Misir idi və Mursi Misirə rəhbərlik etdiyi bir il ərzində fələstinlilərin yanında oldu:

"Bu da kimlərisə narahat etdi. İndi başda Misir olmaqla hər kəs bu qətliamları izləyir".



İntiqam Valehoğlu
AzNews.az