Leyla Yunus prokurorluğa getməkdən yenə imtina etdi

İyulun 22-də saat 13:45-də Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski dördüncü dəfə hüquq müdafiəçisi Leyla Yunusun mobil telefonuna zəng edib, onun və həyat yoldaşı Arif Yunusovun Baş Prokurorluğa dindirməyə gəlməsini tələb edib.

Buna cavab olaraq Leyla Yunus yenə təkrar edib ki, əvvəlcə prokurorluq onun və Arif Yunusovun aeroportda qanunsuz olaraq əllərindən alınmış pasportlarını və mənzilinin sənədlərini qaytarmalıdır. Onlar yalnız bundan sonra dindirməyə gələcəklər.

Bu barədə "Turan"-a Leyla Yunus məlumat verib.

AzNews.az