Türkiyə İsrailə bütün reyslərini dayandırdı

Türkiyə qeyri-sabit vəziyyətlə əlaqədar iyulun 23-də İsrailə bütün reyslərini dayandırıb. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.

"Ben-Qurion hava limanındakı təhlükəli vəziyyətlə əlaqədar bütün türk daşıyıcıları uçuşları 24 saata dayandırıb", - Türkiyənin Dəniz işləri və Nəqliyyat nazirliyinin xəbərində deyilir.

Bundan öncə ABŞ-ın Delta, US Airways və United Airlines, Fransanın Air France, Avstriyanın Austrian Airlines, İsveçrənin Swiss Airlines, Almaniyanın Lufthansa (36 saat ərzində İsraildə bütün uçuşlar ləğv edilmiş) şirkətləri İsrailə öz təyyarələrinin uçuşlarını dayandırıblar.
Holland şirkəti KLM çərşənbə axşamı "Amsterdam - Təl-Əviv" reysini ləğv edib.

AzNews.az