12 yaşlı oğlan kanalda boğuldu

İmişli rayonunda suda boğulma faktı baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, su kanalının İmişli rayonun, Cəfərli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 60 km aralıda) batmış 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinovun axtarışları başa çatıb.

T. Şirinovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən 12 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:15-də başa çatıb.

AzNews.az