Abşeron işıqsız qaldı

Dünən gecə saatlarından Abşeron rayonuna elektrik enerjisinin verilməsində problem yaranıb.

Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, iyulun 22-də saat 22.00 radələrindən etibarən rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb və hazırda da bu problem öz həllini tapmayıb.

Abşeron rayon İşıq İdarəsinin növbətçi hissəsindən isə AzNews.az-a bildirilib ki, elektrik energisinin verilişində problem bütün rayonu əhatə etməyib: "Xırdalan şəhəri 25-26-cı məhəllədən keçən əsas xəttə problem yaranıb. Hazırda əməkdaşlarımız problemin aradan qaldırılması üçün ərazidə işləyirlər. Sadəcə o xəttə bağlı 7-8 istiqamət olduğundan Masazırda da elektrikin verilməsində məhdudiyyət yaranıb".
İdarədən bildirilib ki, məsələnin həll olunacağı vaxt dəqiq məlum deyil.

İntiqam Valehoğlu
AzNews.az