Türkiyədə həbs olunan rəisə işgəncə verilir? - FOTOLAR

İstanbul Terrorla Mubarizə şöbəsi tərəfindən saxlanılan polis əməkdaşlarının tibbi müayinədən keçirilməsi zamanı gərginlik yaşanıb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibbi müayinə üçün xəstəxanaya gətirilən İstanbul Terrorla Mubarizə şöbəsinin sabiq rəisi Yurd Atayün və İstanbul Təhlükəsizlik İdarəsinin sabiq şöbə müdiri Ertan Erçıktı qollarına qandal vurulmasına etiraz ediblər.

Yurd Atayün xəstəxanaya gətirilərkən media nümayəndələrinə üzünü tutaraq, "Kimin ölkəmizdə əməliyyat həyata keçirdiyi aydın şəkildə görünür" deyərək, psixoloji işgəncəyə məruz qaldığını bildirib.
Həbs olunanlardan biri isə avtobusdan düşürülərək xəstəxanaya aparılarkən bunları deyib: "Yurt Atayünə qandal vuranlar bunu hesabını verəcəklər. Oğruları, xainləri tutanda belə olur".

Qeyd edək ki, saxlanılanlar tibbi müayinədən sonra İstanbul Təhlükəsizlik İdarəsinə aparılıblar.


İntiqam Valehoğlu
AzNews.az
image description image description image description