Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən gedir?

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun tutduğu postdan uzaqlaşması ilə bağlı məlumatlara adıçəkilən qurumdan reaksiya gəlib.
Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev AzNews.az-a bildirib ki, R. İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən getməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil: "Rüstəm İbrahimbəyovun Milli Şuranın gələcəyi ilə bağlı fikirləri daha böyükdür. Rüstəm müəllim Milli Şuraya göndərdiyi məktublarda da daha böyük planlarından söz açır. Bu planlar zamanla görüləcək. Belə planları olan şəxs niyə Milli Şuranın fəxri sədrliyindən getməlidir?".

Xatırladaq ki, mediada kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən kənarlaşmasına hazırlıq getdiyinə dair xəbərlər yayılıb.


Bahar Rüstəmli
AzNews.az