68 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin yeni Gəncə yaşayış massivində, ev 24 B, mənzil 18-də qeydə alınıb.

Sözügedən ünvanda yaşayan, 1946-cı il təvəllüdlü Tağıyev Firuza Məmməd qızı özünü 9 mərtəbədə yerləşən mənzilin eyvanından ataraq intihar edib. Prokurorluqdan bildirilib ki, F.Tağıyevanın psixi xəstəlikdən əziyyət çəkdiyinə görə intihar etdiyi güman edilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma gedir.

AzNews.az