İsrail əsgərləri döyüşməmək üçün özlərini güllələdilər

İsrail əsgərlərinin döyüşdə ayaqlarından yaralanması hallarının çoxluğu ölkə mediasının diqqətini çəkib.

AzNews.az Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, İsrail mediasında Qəzza döyüşündən qaçmaq istəyən İsrail əsgərlərinin özlərini ayaqlarından vurduğu iddiası yer alıb.

Məlumatda o da bildirilib ki, son günlər döyüşlərdə 15 yəhudi əsgərin topuqdan aldıqları güllə yarası ilə hospitallara yerləşdiirlməsi faktı aşkarlanıb.

"Hürriyet" yazır ki, ötən gün İsrail ordusuna aid dəstənin Qəzzanın cənubundakı Han Yunusdakı bəzi bölgələrə etdiyi hücum nəticəsində 1 fələstinli həlak olub, onlarla şəxs isə yaralanıb. Bir çox evlər və əkin əraziləri isə ziyan görüb.

Şahidlərin verdiyi məlumatlara görə, Han Yunusun şimalındakı Huzaa və Abasan diyarlarına qurudan və havadan hücum həyata keçirilib. Huzaada ölən və yaralananların sayının artmasından narahatlıq bildirilib. İsrail tibbi yardım maşınlarının və mülki müdafiə qruplarının əraziyə girmələrini əngəlləyir.

Han Yunusun şimal bölgələrində isə İsrail əsgərləri ilə Fələstin müqavimət qrupları arasında toqquşmaların davam etməsi qeydə alınıb.

Qəzzanın səhiyyə qurumunun mətbuat katibi Eşref el-Kudra İsrailin 7 iyuldan davam etditdiyi hücumları nəticəsində ölənlərin sayının 636-ya çatdığını bildirib. Onun açıqladığı məlumata görə, yaralıların sayı isə 4 minə çatıb.

Xatırladaq ki, İsrail 7 iyulda "Qoruyucu xətt" adı altında Qəzzaya havadan, 17 iyuldan isə qurudan hücuma keçib.

Aydan
AzNews.az