Avropadakı azərbaycanlılar girovların müdafiəsinə qalxdılar

"Yaşıllar və Sosial Demokratlar partiyalarının həm Almaniyadakı mərkəzinə, həm də Avropa parlamentindəki fraksiyalarına girovlarla bağlı məktub göndərmişik. Özümüz Almaniya vətəndaşı olduğumuz üçün onların qarşısında konkret tələblər qoymuşuq".

Bu barədə məlumatı Modern.az saytına Almaniyadakı Azərbaycan diasporunun nüamyəndəsi, eyni zamanda oradakı Sosial Demokratlar Partiyasının üzvü Toğrul Əziz məlumat verib.

"Azərbaycan vətəndaşlarının Azərbaycan ərazisində girov götürülməsinə Yaşıllar və Sosial Demokratlar partiyalarının birbaşa reaksiya verməsini, girovlarımızın normal şəraitdə saxlanmalarını təmin etmələrini və onların tezliklə azadlığa buraxılmasını təmin etməkdən ötrü Ermənistan hökümətinə təzyiqlər göstərilməsini tələb etmişik".

AzNews.az