“Boeing” şirkəti də hadisənin araşdırılmasına qoşuldu

"Boeing-777" şirkəti Ukraynanın Donetsk vilayəti üzərində baş verən təyyarə qəzasının səbəblərinin araşdırılması prosesinə qoşulacaq.

AzNews.az-ın məlumatına görə, şirkəti baş verənlə bağlı müraciət də ünvanlayıb.

Ölənlərdən 50 nəfərin cəsədi isə bu gün ekspertiza üçün Xarkov Hava Limanından Niderland krallığına göndəriləcək.
Bununla bağlı yeli vaxtla saat 11:00-da vida mərasimi keçiriləcək. Mərasimdə müxtəlif ölkələrin diplomatları iştirak edəcək.

Aydan Axundova
AzNews.az