Milli Şura Leyla Yunusun ofisində toplanır

Bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti yığıncağı keçiriləcək.

Bunu AzNews.az-a Milli Şuranın üzvü Namizəd Səfərov deyib.
İclasda mühüm qərarların veriləcəyini deyən N. Səfərov məsələnin detalları haqda danışmayıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə isə iclas Leyla Yunusun sədri olduğu Sülh və Demokratiya İnstitutunun ofisində keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az