Ukrayna DİN: “Donbassa silahın göndərilməsinə Sergey Şoyqu rəhbərlik edir”

Ukrayna Daxili İşlər Nazirliyində Donbassda separatçılara silahların göndərilməsi prosesinə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etməsinə dair inkaredilməz məlumatlar mövcuddur.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko çıxış edib.

A.Qeraşenko keçiridiyi brifinqdə deyib ki, Ukraynanın cənub-şərq vilayətlərində rusiyameyilli terrorçuların silahlandırılmasına S. Şoyqu birbaşa rəhbərlik edir. Bundan başqa Şoyqu separatçıların təlim keçməsinə və Ukrayna ərazisinə keçirilməsini də idarə edir.
Onun sözlərinə görə, tank sürücüləri Sankt Peterburqda təlim keçirlər.

Məhəmməd
AzNews.az