Çində taun qorxusu - Şəhərə giriş-çıxış bağlandı

Çinin Qansa vilayətinin Yumen şəhəri bir nəfərin ağciyər taunundan ölməsi il əlaqədar 9 gün müddətinə bağlanıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, şəhərin sakinlərinə yaşayış məntəqəsini 9 gün ərzində tərk etmək qadağan olunub. Səbəb isə ağciyər taununun yayılma təhlükəsinin ciddi olmasıdır.
Məlumatda o da qeyd olunub ki, 38 yaşlı kişi heyvan cəsədi tapıb və ondan iti üçün yemək bişirib. Daha sonra 2 gün qızdırmadan əziyyət çəkən həmin şəxs xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, ağciyər taunu hava damcıları ilə ötürülür.

Aydan Axundova
AzNews.az