Ərdoğan qatarda qaldı -VİDEO

Baş nazir 20 dəqiqə qatarda qalıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da içində olduğu yüksək sürətli qatar Kocaeli şəhəri girişində texniki nasazlıqla üzləşib.

ANS PRESS-in məlumatına görə, qəza səbəbilə qatar bir müddət dayanmalı olub.

Ərdoğan Türkiyənin ən böyük iki şəhərini birləşdirən Ankara-İstanbul Yüksək Sürətli Qatar xəttinin açılışı üçün Ankaradan Eskişehirə gedirmiş. Lakin YSQ-də yaranan nasaqzlıq ucbatından qatar 20 dəqiqə Kocaeliyə girərkən dayanmalı olub. Qatarda ventilyasiyanın işləməməsi isə sərnişinləri hövsələdən çıxarıb. Buna görə də qatar xidmətçiləri hərəkət edənə qədər qapıları açıq saxlayıblar.

Qeyd edək ki, qatarda baş verən nasazlığa görə açılış mərasimi də yubadılıb.



AzNews.az