Avropa İttifaqının “qara siyahı”sına Kadırov və Bortnikov da əlavə edildi

Avropa İttifaqı (Aİ) sanksıya tətbiq etdiyi Ukraynadakı separatçı qruplaşmalar və bu birləşmələrə dəstək verməsi ehtimal olunan Rusiya dövlət qurumlarının vəzifəli şəxsləri barədə siyahını genişləndirib.

AzNews.az-ın xəbərinə görə, bu barədə məlumatı Aİ-nin rəsmi jurnalı dərc edib.

Siyahıya yeni olaraq, 15 nəfərin və 18 təşkilat və kampaniyanın adı daxil olunub.

Sanksiya tətbiq olunanların siyahısına "Novorossiya" federativ dövləti, separatçı "Vostok" silahlı taboru, Kerç və Sevastopol dəniz ticarət limanları, o cümlədən Kerç bərə-keçidi daxil edilib.

Aİ sanksiyasına tuş gələcək şəxslərin siyahısına isə separatçı "Donetsk Xalq Respublikası"nın (DXR) lideri Pavel Qubarev, bu qondarma qurumun "xarici işlər naziri" Yekatrina Qubarev, "DXR"in müdafiə naziri Fedor Berezin, "Novorossiya Respublikasının" prezidenti Valeriy Kaurov, "DXR"də Qirkin, yaxudda Strelok kimi tanınan Serqey Zdrilyuk, tanınmamış "Prednestroviya Respublikası"nın təhlükəsizlik naziri, hazırda "DXR"də Şevçov kimi məhşur olan Vladimir Antyufyev əlavə olunub.

Avropa İttifaqı Rusiyanın dövlət qurumlarının rəhbərlərinin bəzilərini də siyahıya əlavə edib. Siyahıda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkovun, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin və Çeçensitan Respublikasının başçısı Ramzan Kadırovun da adı yer alıb.

Məhəmməd
AzNews.az