Goranboyda çay evi, Masallıda bələdiyyənin taxıl sahəsi yandı

Goranboy rayonu, Qızılhacılı ümumi sahəsi 144 kv.m olan 2 mərtəbəli çay evində yanğın baş verib. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, çay evinin 1-ci mərtəbəsində 50 kv.m sahədə əşyalar yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Masallıda isə Hişkədərə kənd bələdiyyəsinə məxsus ərazidə 6 hektar biçilmiş taxıl sahəsi yanıb. Ərazidə olan digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İntiqam Valehoğlu
AzNews.az