Bakı sakinindən külli miqdarda narkotik vasitə götürüldü

Maştağa sakininin həyətində narkotik tərkibli bitkilər aşkar edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumatına görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşayan 1961-ci il təvəllüdlü Ağahüseyn Ağamovun həyətyanı sahəsindən ümumi çəkisi 28 kiloqram 300 qram olan 201 ədəd çətənə kolu və 960 qram qurudulmuş marixuana aşkar olunub götürülüb.

AzNews.az