Ağır yol qəzası - 54 yaralı

Türkiyənin Kayseri vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişinləri aparan avtobus dərəyə yuvarlanıb.

AzNews.az "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 54 nəfər yaralanıb, onlardan 6-nın vəziyyəti olduqca ağır qiymətləndirilir.

Türkiyə vətəndaşları olan bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

AzNews.az