Separatçılardan şok addım - Ölənlərin əşyaları hədiyyə edilir -Fotolar

Sosial şəbəkələrdə Malayziya Hava Yollarının "Boneq-777" təyyarəsi vurularaq, yerə salındıqdan sonra sərnişinlərə məxsus əşyaların oğurandığını sübüt edən yazışmalar ələ keçirilib.

AzNews.az-ın məlumatına görə, bir neçə gün bundan əvvəl "instaqram"da bunu təsqdi edən yazışmalar və şəkillər yayılıb.

Təyarənin düşdüyü Donetsk vilayəti Torez şəhəri sakini olan "Zolotosiya" adı ilə şəbəkədə qeydiyatdan keşmiş gənc qadın Hollandiya istehsalı olan kosmetik məhsulun şəkillərini dostlarına paylaşıb. O yazıb ki, "Amstredram istehsalı olan "tuj", daha doğrusu düzəngahdan, siz anladnız da...". O daha sonra qeyd edib ki, bu kosmetkanı onu separatçı dostlarından biri hədiyyə edib.

Yazışmasında "Zolotosiya" bildirib ki, ona həmin yerdən çoxlu sayda əyşalar gətirilib - paltardan tutmuş "pinset"ə kimi...".
Xatırldaq ki, iyulun 17-də Amsterdam-Koala-Lumpur reysi ilə hərəfət edən Malayziya Hava Yollarına məxsus "Boenq-777" sərnişin təyyarəsi Ukraynanın Donetsk səmasında vurularaq yerə salınıb. Həmin ərazi rusiyameyilli separatçıların nəzarətində olduğundan beynəlxalq qurumlar və dünyanın bir sıra dövlətləri təyyarənin bu qruplaşmalar tərəfindən edildiyi qənaətinə gəliblər.

ABŞ isə təyyarənin rusiyalı mütəxəssislər tərəfindən "Buk" zenit-raket sistemi ilə vurulduğunu söyləyir. Türkiyə və digər Avropa dövlətləri də bu fikri təsdiqləyirlər.





Əhməd
AzNews.az
image description image description