Kliniki ölüm keçirmiş Qarabağın xanım qazisi kömək istəyir - FOTOLAR

Gəncliyini müharibəyə həsr etmiş milli fəal, 1990-cı il meydan hərəkatından milli mücadiləyə qoşulmuş Qarabag qazisi Cumayeva Rüxsarə Bayraməli qızının səhhətindəki problemlər günü-gündən ciddiləşir.




ANS PRESS-in məlumatına görə, Qarabağ müharibəsinin 1991-94-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rüxsarə xanımın sağlamlığına vurduğu zərbələr hələ arxada qalmayıb. Artıq 2 ildir amansız xəstəkilkərlə mübarizə aparan qəhrəman xanım qazimizin dayaq nöqtələri və aşağı ətraflarında ciddi problemler yaşanır. Səhhətindəki problemləri aradan qaldırmaq üçün Türkiyəyə gedən döyüşçümüz Ankara Nümunə xəstəxanasında bir-birinin ardınca bir necə əməliyyat keçirsə də problemləri aradan qalxmayıb. Əməliyyatların birində 45 dəqiqəlik kliniki ölüm keçirən qazini İstanbul Maltepe Tibb Unversitetinin araşdırma xəstəxanasına köçürüblər. Burada da daha 2 əməliyyat keçirən Qarabağ döyüşçüsünün növbəti əməliyatı üçün 18 min avro pul tələb olunur.

1967-ci ildə Zaqatala rayonunda dünyaya göz açmış Cümayeva Rüxsare 1991-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qoşulub. İlk döyüş yolu Daşaltı əməliyyatından başlayan bu igid qız 1992-ci ildə Ağdam, 1994-cü ildə Murov cəbhələrində ermənilərə mərdliklə müqavimət göstərib və neçə -neçə yaralı döyüşçünü döyüş meydanından çıxararaq ilk tibbi yardım göstərib.

Rüxsarə xanım atəşkəsdən sonra ailə qurub, bir qız övladi var.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description