Kəlbəcərdə öldürülən girovun atası danışdı -VİDEO

Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

ANS TV-nin məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən girovun ailəsinə məlumat verilib.

Öldürülən girovun atası Fərman Həsənov: "Çağırıb bizə dedilər ki, meyiti saxlamaq üçün yer olmadığından basdırıblar. İndi müsəlman qaydasında dəfn edib-etməyiblər, ya üstünü torpaqlayıblar bilmirik. Bunu bir Allah bilir, bir də o nankorlar".

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da qətlə yetirilən Həsən Həsənovun dəfn olunduğunu təsdiqləyib:

"Beynəlxalq Qırmızı Xaç Komitəsi dəfn olunmada müşahidəçi kimi iştirak edib. Aparılmış müşahidələ görə, dəfn olunma zamanı meyitə hörmətlə yanaşılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi meyitin geri qaytarılması üçün danışıqları davam etdirir".

Digər iki girov Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə isə komitənin Dağlıq Qarabağdakı nümayəndəliyi görüş keçirib. Hər iki girovun sağlamlıq durumunun yaxşı olduğu barədə yazdığı məktub isə artıq ailələrinə çatıb.



AzNews.az