Əməkdar artistə ağır itiki

Əməkdar artist Gülüstan Əliyevanın anası vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə Publika.az-a Gülüstan Əliyevanın özü məlumat verib. O, bildirib ki, anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Hazırda əməkdar artist anasının yas mərasiminə görə, Yevlax şəhərindədir. Gülüstan Əliyevanın anası sabah Yevlaxda dəfn olunacaq. Əməkdar artistin anasının qırx mərasimi Bakıda keçiriləcək.

Allah rəhmət eləsin!