BMT Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa çağırdı

BMT-nin Baş katibi Pan Gi Mun münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Pan Gi Mun Qəzza zolağında fəlakətli humanitar vəziyyətin yarandığını vurğulayıb.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Ramazan bayramı günlərində atəşi dayandırmağa çağırmışdı.

İyulun 8-dən, İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlayandan bəri 1600-dan artıq fələstinli və 43 İsrail vətəndaşı həlak olub.

AzNews.az