İçində dırnaq çıxan qril -VİDEO

Bakı sakini Asim Hacıyevin Neapol dairəsində yerləşən "Dadlı Qril" yazılan dükandan aldığı qrildən dırnaq çıxması faktı araşdırılacaq.

Gigiyena və Epidemiologiya mərkəzinin şöbə rəhbəri İmran Abdullayev ANS TV-yə verdiyi açıqlamada bayramdan sonra həmin məsələ ilə bağlı araşdırma aparacaqlarını bildirib:

"Əvvəlcə əraziyə baxış keçirələcək, yerində vəziyyətə baxılacaq. Yəni qrilin hansı şəraitdə hazırlanaraq əhaliyə satılması vəziyyəti araşdırılacaq. Əgər deyilənlər təsdiqini taparsa, o zaman həmin dükanın bağlanması da qaçılmazdır".



AzNews.az