Hirkan Parkında baş verən yanğın söndürüldü - YENİLƏNİB 1 - VİDEO

Hirkan Milli Parkında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ. İbrahimova qeyd edib ki, Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gələn yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib. ETSN-in və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində yanğının qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

***
13:29


Hirkan Milli Parkında yenidən yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Hirkan Milli Parkında yanğın hadisəsi baş verib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisində başlamış, sonradan külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçmiş yanğın iyulun 23-də səhər saat 10 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürülmüşdü.




AzNews.az