Prezidentin qardaşı öldürüldü

Terrorçunun hücumu zamanı Əfqanıstanın cənubunda ölkə prezidenti Hamid Kərzainin qardaşı ölüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçu qonaq adı ilə Xaşmat Kərzainin evinə İd əl-Fitr bayramı münasibətilə təbrik etməyə gəlib. Terrorçu prezidentin qardaşını qucaqlayandan sonra partlayıcı maddə işə düşüb.

AzNews.az